Azərbaycan 12 xalı Böyük Britaniyaya yox, Ukraynaya veribmiş...
Xəbər verdiyimiz kimi, "Avroviziya" mahnı müsabiqəsində münsif səsverməsi zamanı texniki problem yaşanıb.
Demedia.az xəbər verir ki, bu səbəbdən əvvəlcədən planlaşdırıldığı kimi, Azərbaycandan səsləri İTV-nin aparıcısı Nərmin Salmanova yox, yarışmada Martin açıqlayıb.
Martin Azərbaycanın 12 xalı Böyük Britaniyaya verdiyi açıqlasa da, bunun əslində belə olmadığı məlum olub. Belə ki, Nərmin Salmanova Azərbaycanın 12 xalı əslində Ukraynaya verdiyini açıqlayıb. Məsələ ilə bağlı araşdırma aparıldığı bildirilib.
Qeyd edək ki, yarışın qalibi Ukrayna olub.