Azərbaycanda daha yeddi nəfər koronavirusdan öldü - FOTO



 21:33 30.01.2021     191

Azərbaycanda son sutkada koronavirusa 131 yeni yoluxma faktı qeydə alınıb, 407 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 230 066 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 222 960 nəfər müalicə olunaraq sağalıb, 3 126 nəfər vəfat edib, aktiv xəstə sayı 3 980 nəfərdir.

Ölkədə son sutka ərzində 7 244, hazırkı dövrədək isə 2 401 720  test aparılıb.