Xərçəngin dərmanı tapıldı - İlk sınaq keçirildi
Xərçəng şişləri ilə mübarizə ümidi ilə ilk dəfə insana eksperimental xərçəng öldürücü virus yeridilib.
Demedia.az-ın xarici mediaya istinadən məlumatına görə, daha əvvəl heyvan üzərində sınaqdan keçirilmiş "CF33-hNIS" (Vaxinia) dərman namizədi ilk dəfə xəstə insana tətbiq edilib.
Dərmanın sağlam hüceyrələri qoruyaraq xərçəng hüceyrələrini aşkarlayan və hədəf alan "onkolitik virus" kimi işlədiyi bildirilir.
Dərmanı inkişaf etdirənlərdən biri olan “City of Hope” xərçəng müalicəsi və tədqiqat mərkəzindən onkoloq Daneng Li:
“Əvvəlki araşdırmalarımız göstərdi ki, onkolitik viruslar immunitet sistemini xərçəngə cavab vermək və öldürmək üçün stimullaşdıra bilər, həmçinin immunitet sisteminin digər immunoterapiyalara daha həssas olmasını stimullaşdırır” – deyə, bildirib.
Li, dərman namizədi "CF33-hNIS"in xəstələri sağaltmaq potensialına sahib olduğuna inandıqlarını deyib.