Sabah uşaqpulu bərpa olunacaq? - AÇIQLAMA
Sosial şəbəkələrdə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bağlı Azərbaycanda uşaqpulunun bərpa olunacağı ilə bağlı məlumatlar yayılıb.
Demedia.az xəbər verir ki, məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev xəbəri təkzib edib.
"Milli Məclisə bu barədə hansısa məlumat və yaxud qanun layihəsi daxil olmayıb. Bu barədə heç nə deyə bilmərəm”, deyə deputat bildirib.