Xalqı buna hazırlamaq lazımdır - Fazil Mustafa



 12:57 01.02.2021     194

Yeni il bizim üçün yeni sessiya, qələbə ilə yanaşı, həm də məsuliyyət ilidir. Bu qələbəni necə təqdim etməyimiz bizim iş əmsalımızdan da asılı olacaq. Dövlət, millət, xalq formulunu gücləndirmək vacibdir.

Nexeber.az axar.az-a istinadən xəbər verir ki, millət vəkili Fazil Mustafa parlamentin iclasında deyib.

Suyun qiymətinin artması ilə bağlı danışan F.Mustafa əlavə edib ki, hansısa addım atmazdan öncə izah vermək, insanları buna hazırlamaq lazımdır. Mən su, qaz, eləcə də şəhidlərlə bağlı məqamı nəzərdə tuturam. Bir məmur bütövlükdə şəhid ailələrinin narazılığına səbəb oldu”.

F.Mustafa xalqımız gələcəyə ilk dəfədir ki, böyük ümidlə yanaşdığını qeyd edib::

“Yolların açılması, İran şirkətlərinin bura gəlməsinə şəraitin olması, Türkiyənin bölgədə fəallığı, Monitorinq Mərkəzində birgə fəaliyyəti əhəmiyyətlidir. Bu göstərir ki, Azərbaycan öz layihələrini qəbul etdirə bilər”.