SOCAR-dan saxta iş elanları ilə bağlı xəbərdarlıq YAYDI
Son zamanlar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) adından istifadə edilərək maddi maraq qarşılığında hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, işədüzəltmə, investisiya yatırma imkanları və s. ilə bağlı müxtəlif təkliflər edilir.
Demedia.az verir ki, bu haqda SOCAR məlumat yayıb.
Bildirilib ki, müraciətlər, əsasən, sosial media platformaları, elektron ünvan və ya telefon zəngləri vasitəsilə həyata keçirilir.