Azərbaycan əhalisinin sayı açıqlandı



 14:02 17.06.2022     583

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Demedia.az-a bildirilib ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 16812 nəfər və ya 0,2 faiz artaraq 2022-ci il may ayının 1-i vəziyyətinə 10173178 nəfərə çatıb.

Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil etmiş, kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.