Vilayət Eyvazov Sumqayıta rəis təyin etdi
Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.
Unikal.org-un məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) rəisi polis polkovniki Fəqan Azadəliyev vəzifəsindən azad olunaraq, Sumqayıt Şəhər Polis Şöbəsinin rəisi təyin olunub.
Hələlik Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) rəisi vəzifəsinə təyinat yoxdur.