Ərdoğan müjdəni açıqladı: 1 milyard dollarlıq "sərvət" tapılıb



 12:19 28.06.2022     1707

Türkiyənin Adana şəhərində tapılan yüksək keyfiyyətli neftin dəyəri məlum olub.

Demedia.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, kəşf edilən neftin 1 milyard dollar dəyərində olduğu açıqlanıb. Məlumata görə, neft iki quyuda tapılıb. Neft 425 metr dərinlikdədir. Ərazidə daha 8 quyu qazılacaq.

Ərdoğanın sözlərinə görə, yeraltı sərvətlərin tapılması üçün Aralız dənizi, Egey dənizi və digər bölgələrdə axtarışlar davam edir.