Türkiyədə torpaq sürüşməsi: Azərbaycanlı sürücü HƏLAK OLDU - FOTO/VİDEO



 12:04 01.07.2022     596

Türkiyənin Artvin vilayətində torpaq uçqunu olub.

Demedia.az xəbər verir ki, Türkiyənin Gürcüstanla sərhədyanı bölgəsində - Artvin şəhərinin Hopa-Kemalpaşa yolunda baş verən torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. 3 yük maşını isə qayaların altında qalıb.

Vəfat edən sürücü azərbaycanlıdır. Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından bildirildi ki, həmin şəxsin kimliyi araşdırılır:

"Uçqun nəticəsində Türkiyə vətəndaşı olan daha iki TIR sürücüsü də xəsarət alıb. Vəfat edən sürücümüzün kimliyini müəyyən etmək istiqamətində ABADA tərəfindən işlərə başlanılıb. Allah rəhmət eləsin", - deyə məlumatda qeyd olunub.