Millət vəkili şəhid zabitin xanımı ilə görüşdü
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid baş leytenant Vüsal Sübbuh oğlu Babayevin həyat yoldaşı Aynur Mirhəsən qızı Babayevaya ilə görüşüb.
Nexeber.az axar.az-a istinadən xəbər verir ki, millət vəkili şəhid ailəsinin qayğıları ilə maraqlanıb, müzakirə aparıb.
Qeyd olunub ki, şəhid baş leytenant Vüsal Babayev Azərbaycan Prezidentinin sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Vüsal kimi zabitlərimizlə xalqımızın hər zaman qürur duyacağını bildirən millət vəkili qələbə münasibəti ilə onun həyat yoldaşını təbrik edib.
Şəhid zabitin həyat yoldaşına Mədəniyyət Komitəsi adından məktub təqdim edilib.