Boş qalmış məhkəmələrə yeni təyinatların olunacağı gözlənilir



 12:32 05.02.2021     563

Bir neçə gün öncə bir sıra birinci instansiya məhkəmələrə yeni hakimlər təyin edildi. Təyinatların bundan sonra da davam edəcəyi məlumdur. 

Hazırda Bakı şəhərində yerləşən bir-neçə sədr vəzifələri boşdur (Bakı Apellyasiya, Bakı şəhəri Qaradağ, Sabunçu rayon məhkəmələri) və yeni təyinatlar gözlənilir.

Respublikanın ən vacib məhkəməsi olan Bakı Apellyasiya Məhkəməsinin sədirliyi üçün Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımovun və Ali Məhkəmənin kollegiya sədri Xəqani Məmmdovun adları hallanır. 

Yaxın zamanda bu təyinatların olacağı  ehtimal olunur.