Köçəryan Nikolla görüşdən sonra Rusiyaya getdi



 13:33 05.02.2021     240

Robert Köçəryanın Moskvadan qayıtmasından sonra Ermənistan müxalifətinin liderləri daha bir görüş planlaşdırırlar.

Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb. Qəzet Köçəryanın 8 fevrala qədər Moskvada Rusiya elitasının nümayəndələri ilə görüş keçirib, Ermənistana dönəcəyini bildirib:

“Müxalifət liderlərinin görüşündə konkret planların Köçəryanın qayıdışından sonra qurulması ilə bağlı müzakirə aparılıb”.

Erməni Teleqram kanalları isə başqa iddia ilə çıxış edib. Onların məlumatına görə, Köçəryan, Serj Sərkisyan və Nikol Paşinyan birincinin Moskvaya səfərindən öncə görüşüblər. Görüşdə əsas müzakirə mövzusu növbədənkənar seçkinin tarixini müəyyənləşdirmək olub.

Qeyd edək ki, R.Köçəryanın üzərində həbs var və onun ölkədən çıxışına yalnız məhkəmə izn verir. Məhkəmənin isə N.Paşinyanın razılığı olmadan Köçəryanın növbəti dəfə ölkədən çıxışına izn verməsi mümkünsüz sayılır.