Gəncədə qonşular arasında kütləvi dava - Ölən var
Gəncədə qonşular arasında kütləvi dava olub.
Demedia.az-ın xəbərinə görə, şəhərin Səməd Vurğun küçəsində iki qonşu arasında dava düşüb.
Dalaşan qonşuları ayırmaq istəyən, 1952-ci il təvəllüdlü Alim Məmmədov avtomobillə vurulub.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Dava zamanı xəsarət alanlardan başqa bir qadın da xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.