Paşayeva bir qrup qazi ilə görüşdü



 17:11 06.02.2021     181

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin bir qrup qazisi ilə görüşüb.

Nexeber.az axar.az-a istinadən xəbər verir ki, millət vəkili onların keçdiyi şərəfli döyüş yolu, hospitalda müalicə almış qazilərimizin sağlıq durumu, mülki həyata qayıdanların iş qayğıları ilə maraqlanıb, ətraflı söhbət edib.

“Əziz qazlərimiz, Siz, Vətən Müharibəsində mərdliklə döyüşərək işğalçı düşmən üzərində qələbəmizə öz töhfələrinizi vermisiz. Sizi bu tarixi zəfər münasibəti ilə bir daha təbrik edir, möhkəm can sağlığı, yeni uğurlar arzulayıram! Sizin kimi Vətən oğulları ilə qürur duyuruq!” - millət vəkili deyib.

Qazilərə Mədəniyyət Komitəsi adından təbrik və təşəkkür məktubları təqdim edilib. Qazilər - "Qarabağ" ordenli polkovnik-leytenant Samir Tağıyev, Sumqayıt şəhər sakini, baş leytenant Vüsal Hətəmov, Tovuz rayon, Qovlar şəhər sakini Rəhim Məmmədov, Dönük Qırıqlı kənd sakini Nihat Musayev, Düz Qırıqlı kənd sakini Asim Abbasov səmimi görüş və təbrik üçün Q.Paşayevaya təşəkkür edib.