Dr. Maya Rustamova

Laçında həlak olan 19 yaşlı Samirin FOTOSU

 16:18 05.08.2022     363

Xəbər verdiyimiz kimi, avqustun 5-i Laçın rayonunda xidməti döyüş tapşırığını yerinə yetirən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğlu həlak olub.

Müdafiə Nazirliyindən bildirilib ki, üzərinə sıldırım qayalıqlardan qopan qaya parçası düşən 2003-cü il təvəllüdlü hərbçimiz hadisə yerində həlak olub.

Demedia.az xəbər verir ki, əslən Füzuli rayonundan olan S.Xudiyev Bakının Ramana qəsəbəsində yaşayıb.