Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı



 19:30 07.02.2021     246

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 285 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Nexeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 231154 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 225246 nəfər müalicə olunaraq sağalıb, 3158 nəfər vəfat edib, aktiv xəstə sayı 2750 nəfərdir.

Ölkədə son sutka ərzində 6783, hazırkı dövrədək isə 2453083 test aparılıb.