Yataqxanalarda köçkünlərin otaqları satılır? - Təkzib edilmədi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (Qaçqınkom) Bakıda yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqların satışa çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Nexeber.az-a bildirilib ki, Bakı şəhərindəki yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqları satışa çıxarması barədə məlumatlar yayılıb:
“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bununla əlaqədar olaraq bildirir ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yataqxanalarn dövlət komitəsinə heç bir aidiyyatı yoxdur”.