Bakıda 13 yaşlı qızın ana olması faktı araşdırılır - DİN



 16:00 07.09.2022     548

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhərində yeniyetmə qızın ana olması ilə bağlı məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, məsələ nəzarətə götürülüb.

"Hazırda fakt üzrə Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır", - Mətbuat Xidmətindən qeyd edilib.

***

10.46

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhərində yeniyetmə qızın ana olması ilə bağlı məlumatlara münasibət bildirib.

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "Report"un sorğusuna cavab olaraq bildirib ki, 13 yaşlı qızın ana olması ilə bağlı məlumat araşdırılır.

Onun sözlərinə görə, hadisə ilə bağlı aidiyyatı qurumlarla birlikdə araşdırmalara başlanılıb.

T.Mərdanoğlu bildirib ki, fakt öz təsdiqini tapacağı təqdirdə məsələyə hüquqi qiymət veriləcək.

***

09.29

Bakıda 13 yaşlı qız ana olub.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

K.Ağazadə deyib ki, həmin qız ötən gün ev şəraitində körpəni dünyaya gətirib:

“Ana xəstəxanaya yerləşdirilib, körpə də sağdır”.

13 yaşlı qız bildirib ki, o, təcavüzə uğraması nəticəsində hamilə qalıb.

Hüquq-mühafizə orqanları bildirib ki, məsələ ilə bağlı gün ərzində açıqlama veriləcək.///Report.az