Azərbaycanlı həkim Türkiyədə faciəli şəkildə öldü



 11:11 08.09.2022     522

Türkiyədə azərbaycanlı həkim faciəli şəkildə ölüb.

Demedia.az xəbər verir ki, uzman həkim Elnur Rufullayevi işdən çıxan vaxt maşın vurub. Nəticədə o, dünyasını dəyişib.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü E.Rufullayev Türkiyədə özəl xəstəxanaların birində çalışırdı. İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi 2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetində, daha sonra isə İstanbul Universitetinin tibb fakültəsində təhsil almışdı.//Qafqazinfo