Çıxılmaz vəziyyətdə qalan Paşinyan: Gecə bu şəxslərə zəng etdi



 10:57 13.09.2022     724

Ermənistan baş naziri Nikol Paşinyan cəbhədə baş verən gərginliklə bağlı Rusiya prezidenti Putinə, Fransa Prezidenti Emmanuel Makrona, ABŞ Dövlət katibi Entoni Blinkenə zəng edib.

Demedia.az  xəbər verir ki, Paşinyan Putinlə Azərbaycanla sərhəddə baş verən hərbi toqquşmalar barədə danışıb.

Ardınca isə baş nazi Emmanuel Makrona zəng edib. O, Paşinyan Azərbaycan – Ermənistan sərhəddində baş verənlərlə bağlı Makrona ətraflı məlumat verib. Telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.

Blinkenə gəlincə, Dövlət katibi Paşinyanla danışığında mövcud vəziyyətlə bağlı Amerika tərəfinin dərin narahatlığını ifadə edib və vəziyyətin daha da gərginləşdirilməsini yolverilməz hesab edib. ABŞ dövlət katibi vəziyyəti sabitləşdirmək üçün səy göstərməyə hazır olduğunu açıqlayıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.