Əvəz Zeynallının şikayəti təmin edilmədi - YENİLƏNİB
Jurnalist Əvəz Zeynallı barəsində seçilən həbs qətimkan qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Demedia.az xəbər verir ki, Ə.Zeynallının şikayəti təmin olunmayıb.
***
10:30
Jurnalist Əvəz Zeynallı barəsində seçilən həbs qətimkan qərarından apellyasiya şikayəti verilib.
Demedia.az xəbər verir ki, işə bu gün saat 11:00-da Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, sentyabrın 11-i saat 4 radələrində Binəqədi Rayon Məhkəməsi tərəfindən Əvəz Zeynallı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun haqqında Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə cinayət işi başlanıb. O, “Baku Steel Company” poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham olunur.