Abşeronun bir hissəsində işıq olmayacaq
Abşeron rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Nexeber.az xəbər verir ki, bu barədə oxu.az-a “Azərişıq” ASC-dən məlumat verilib.
Belə ki, fevralın 12-13-də rayonun Mehidabad qəsəbəsinin bəzi ərazilərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr olacaq.
Məlumata görə, fasilə yenidənqurma işləri ilə əlaqədardır.