Əsgər anasına göndərilən məktubla bağlı açıqlama
Bir neçə gün öncə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi qazi anasının müraciətinə cavab məktubunda qazinin adını məktubun giriş hissəsində Şahin Quliyev, məktubun mətn hissəsində isə Azər Əliyev kimi göstərib. Yayımlanan bu məktub sosial mediada sərt tənqid və qınaqlarla qarşılanıb.
Nexeber.az xəbər verir ki, Correct.az məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə sorğu göndərib. Müdafiə Nazirliyindən bildirilib ki, məktubun tərtibatı zamanı mexaniki səhvə yol verilib.
“Bildiririk ki, düzəliş olunaraq məktub valideynə yenidən göndərilmişdir. Yol verilən mexaniki səhvə görə valideyndən üzr istəyirik”.