Tacəddin şəhidlik zirvəsinə ucaldı - FOTO
Vətən Müharibəsində yaralanan və dörd aydan çox komada qalan İsmayılzadə Tacəddin Vüqar oğlu şəhidlik zirvəsinə ucalıb.
Nexeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidimiz sabah saat 14:00-da Sumqayıtın Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısı olub. O, 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə olub.
Vətən Müharibəsi başlayanda isə cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb.