Karantini pozan 3 obyekt aşkarlandı, 6 nəfər cərimələndi
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Nexeber.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı şəhər ərazisində karantin rejimi qaydalarının pozulduğu çay və kofe xidmətlərinin göstərilən "Coffee shop" iaşə obyekti və 2 oyun salonu aşkar edilib.
Həmin obyektlərlə bağlı 6 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.