Şəkidə 7 maşın toqquşdu: keçmiş baş həkim xəsarət aldı



 16:00 18.10.2022     219

Şəki şəhərində zəncirvari yol qəzası baş verib.

Demedia.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 10-OU-155 dövlət qeydiyyat nişanlı "Mersedes" markalı avtomobillə Şəki sakini Akif Əsədullayevin idarə etdiyi "Nissan" markalı avtomobil toqquşub. Daha sonra "Mersedes" idarəetmədən çıxaraq yol kənarında dayanan daha 5 avtomobilə çırpılıb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib, "Nissan" markalı avtomobilin sürücüsü Akif Əsədullayev və daha bir sürücü bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza zamanı xəsarət alan A. Əsədullayev uzun müddət Şəki Psixiatriya Xəstəxanasının baş həkimi işləyib.

Faktla bağlı araşdırma aparılır.