Sosial şəbəkələr insanlarda təşviş pozuntusu yaradıb - ŞOK



 13:02 23.10.2022     529

Sosial şəbəkələr, facebook, instagram insanlarda təşviş pozuntusunu 12% artırıb.

Demedia.az bildirir ki, beynəlxalq elm qrupu ABŞ-ın 775 kollecinin tibbi məlumat bazasını incələyib.

Daha sonra 8000 tələbədən psixi və fiziki sağlamlıq barədə sorğu aparılıb.

Məlum olub ki, sosial şəbəkələrdən çox istifadə edənlərdə depressiya 9%, generalizə olunmuş təşviş həyəcan pozuntusu isə 12% artıb.

Alimlər bildirir ki, buna səbəb uyğun olmayan sosial müqayisə və ümidsizlikdir.

Onlar yeniyetmə və gəncləri sosial şəbəkələrdə gündə 2 saatdan çox olmamaq şərtilə istitadə etməyi tövsiyə edir.//Medicina.az