Türkiyəli qardaşlarımızdan Vətən müharibəsindən təsirlənən uşaqlara sürpriz - FOTOLAR
Türkiyədə Kaynarca Xalq Təhsil Mərkəzi Müdürlüyü Azərbaycanda Vətən müharibəsi dövründə təsirlənən uşaqlar üçün oyuncaq hazırlayıb.
“Sakarya Yenihaber” məlumat verir ki, təhsil mərkəzinin müdiri Ayhan Alıkçı 247 uşaq üçün oyuncaq hazırlandığını bildirib:
“Hədəfimiz 100 uşaq idi, lakin 247 uşaq üçün (19 000 lirə - 4 639 AZN) oyuncaq hörüldü. Onlar üçün geyimlər hazırlandı”.
Onun sözlərinə görə, Gəncə və Qazaxda şəhid, qazi və mülki vətəndaşların uşaqlarına geyim və oyuncaqlar paylanıb. A.Alıkçı layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə jurnalist Şeyda Nəsibliyə, Aynur Məmmədovaya və digər əməyi keçənlərə təşəkkürünü bildirib.
“Onlara demək istədik ki, biz burdayıq. Uşaqlar gülərsə, dünya gülər. Maddi-mənəvi dəstək olanlara təşəkkür edirəm”, - deyə təhsil mərkəzinin müəllimi Filiz Ulusoy qeyd edib.