Pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏR



 16:21 06.11.2022     609

''Azərbaycan ərazilərini işğaldan azad edərək regionda geosiyasi mənzərəni dəyişdirib''.

Demedia.az Xezer TV-yə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin spiker Sahibə Qafarova deyib.

Parlamentin sədri sülh sazişi ilə bağlı Ermənistana çağırış edib.

İclasda İranın yürütdüyü anti-Azərbaycan siyasəti kəskin tənqid edilib.

Millət vəkili Qənirə Paşayeva İranın addımlarının qonşuluq münasibətlərinə sığmadığını, Elman Nəsirov isə rəsmi Tehranın ölkəmizə qarşı nankorluq etdiyini vurğulayıb.

"Təhsil haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deputatlar bir sıra məsələlərə diqqət çəkiblər.

"Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliklər isə üçüncü oxunuşda qəbul edilib. Dəyişikliyə əsasən bütün növ əmək pensiyalarının məbləği hər il vahid qaydada indeksasiya edilərək artırılacaq. Bundan əlavə plenar iclasda Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edilib.

Sənəddə qeyd edilib ki, Azərbaycan Vətən müharibəsində qazanılmış tarixi Zəfərin nailiyyətlərini qorumaq, xalqımıza və dövlətimizə qarşı yeni düşmənçilik hərəkətlərinə yol verməmək üçün bundan sonra da bütün tədbirləri görəcək.