4 günlük tətilə görə rayona gedən şəxslərə VACİB XƏBƏR



 12:08 06.11.2022     515

Ölkə ərazisində 4 gün qeyri-iş günü olacağından bölgələrə getmək üçün bu gündən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə üz tutublar.

Demedia.az xəbər verir ki, tələbələr, özəl və dövlət sektorunda işləyən bəzi vətəndaşlar, eləcə də müalicə üçün Bakıya gələnlər rayonlara getmək üçün avtovağzala axın edirlər.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Samir Səfərovun sözlərinə görə, sabahdan başlayaraq sərnişin sıxlığının qarşısını almaq və sərnişinlərin hər hansı problemlə qarşılaşmamaları üçün Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Samir Səfərov deyir ki, Quba, Qusar, Xaçmaz, Lerik, Masallı, Astara, İsmayıllı, Şamaxı, Şəki, Gəncə, Mingəçevir və Qazax istiqamətlərinə daha çox axın var. Ümumilikdə vətəndaşlar biletləri avtovağzalın satış kassalarından gündəlik və ya qabaqcadan, eləcə də "avtovagzal.az" saytından onlayn qaydada əldə edə bilərlər. Bununla yanaşı, "1414" çağrı mərkəzinə zəng edərək sual yaradan məsələlərə aydınlıq gətirmək mümkündür.