Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi - RƏSMİ
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin direktoru Elman Hüseynov vəzifəsindən azad edilib.
Nexeber.az “Report”a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Ənvər Yusifova həvalə olunub.
Xatırladaq ki, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 41 600 manatdır. Şirkət dövlətə məxsus rabitə müəssisələrinin mühafizəsini həyata keçirir.