Gecə 12-dən sonra işləyən “Şirin Həyat” cərimələndi
Zaqatalada karantin qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən çay evi aşkarlanıb.
DİN-in Mətbuat Xidmətindən Nexeber.az-a verilən məlumata görə, şəhərin Vidadi küçəsində yerləşən “Şirin həyat” adlı çay evinin gecə saat 12-dən sonra fəaliyyət göstərdiyi müəyyən olunub. Obyekti icarə əsasında işlədən rayonun Aşağı Tala kənd sakini Orxan Ramazanov və orada olan 6 nəfər Polis Şöbəsinə gətirilib.
Onların hər biri qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediliblər.