“Azərbaycan və Ermənistana kömək etməyə hazırıq” - Blinken
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
Demedia.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Həmsöhbətlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, xüsusilə noyabrın 7-də Vaşinqtonda iki ölkənin xarici işlər nazirlərinin görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.
Blinken ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə, eləcə də “Qarabağ problemi”nin həllinə dəstəyini davam etdirməyə hazır olduğunu bildirib.
Həmsöhbətlər regionda təhlükəsizlik və sabitliyin səviyyəsinin artırılmasına, o cümlədən humanitar məsələlərin həllinə yönəlmiş addımlar ətrafında müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.