Baş redaktorun döyülməsi ilə bağlı DİN-dən açıqlama



 15:29 20.02.2021     222

Ötən gün axşam saatlarında "hakimiyyet.az" saytının baş redaktoru Fuad Əliyev naməlum şəxslər tərəfindən döyülüb.

Nexeber.az APA-ya istinadən bildirir ki, F. Əliyev şəxsi avtomobili ilə Heydər Əliyev prospektində tanımadığı şəxslər tərəfindən saxlanılaraq hücuma məruz qalıb.

Nəticədə baş redaktor müxtəlif bədən xəsarətləri alıb, onun avtomobilinə isə ziyan dəyib

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb, faktla bağlı araşdırma aparılır.