Bakının qəbiristanlıqlarında dəfn üçün yer tükənir - VİDEO



 11:28 20.11.2022     500

Bakı şəhərinin qəbiristanlıqlarında dəfn üçün yerlər tükənmək üzrədir.

Demedia.az bildirir ki, belə ərazilərdən biri də Suraxanı rayonundakı "Dədə Qorqud" qəbiristanlığıdır.

Qəbiristanlığın nəzarətçisi Uğur İslamov deyib ki, qəbiristanlıq ərazisinin genişləndirilməsi üçün boş torpaq yoxdur. Çünki ətraf yeni tikili, fərdi evlər və obyektlərdən ibarətdir.

Mövzu ilə bağlı danışan millət vəkili Eldar Quliyevin sözlərinə görə, problemdən adiyyəti qurumlar da xəbərdardır.

"Xəzər Xəbər"in sorğusuna cavab olaraq Bakı şəhəri Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov bildirib  ki, qəbiristanlıqlarda cənazə olmadan yer ayrılmasına icazə  verilmir. Bundan başqa, Bakı şəhərində yerləşən qəbiristanlıqlarda sağ ikən qəbir yeri almaq qadağan olunub: "Yeni qaydalara görə, təzə qəbiristanlıqlarda ailəvi məzarlıqlara icazə verilməyəcək. Yalnız ər və arvadın vəsiyyətnaməsinə əsasən onun yanında həyat yoldaşını basdırmaq üçün bir yer saxlanıla bilər. Digər qohumlar isə qəbiristanlığın qeydiyyat kitabındakı nömrələnmə siyahısına uyğun basdırıla bilərlər",- deyə Sabir Həsənov vurğulayıb.