Axundun faciəvi ölümünün TƏFƏRRÜATI: "Muravey"lə vurulub - VİDEO



 13:01 20.11.2022     471

Lənkəran rayonunun Mamusta kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Demedia.az-ın Xezerxeber.az-a istinadla məlumatına görə, Lənkəran rayon Daşdaleğjar kənd sakini Şafiq Abbasov idarə etdiyi "Muravey" markalı motosikletlə kənd ərazisində hərəkətdə olarkən piyada 47 yaşlı Əkrəm Hüseynovu vurub.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb. Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Qapalı kəllə-beyin travması alan Əkrəm Hüseynov xəstəxanada dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Hadisəni törətməkdə şübhəli bilinən Şafiq Abbasov saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundu idi.

Daha ətraflı videomaterialı təqdim edirik: