Bu günün hava proqnozu açıqlandı



 09:00 25.11.2022     475

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-17° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-12° isti olacaq.