Cinayətkarların ŞOK ÜSULU: məsuliyyətdən yayınmaq üçün bunu edirlər - VİDEO



 15:34 11.12.2022     508

Törətdiyi cinayətə görə məsuliyyətdən yayınmaq istəyən bəzi şəxslər min-bir üsula əl atırlar.

Üz cizgilərini dəyişmək üçün plastik-estetik əməliyyatlar etdirib izi itirdiklərini düşünsələr də, onlar heç də istintaqdan yayına bilmirlər. Belə şəxslər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Ballistik və trasaloji ekspertizası şöbəsində müəyyən edilir.

Bəs məhkəmə-portret ekspertizası necə təyin edilir?

Məhkəmə Ekspertizası Mərkəzinin Ballistik və trasaloji ekspertizası şöbəsinin rəis müavini Hacıbala Hacıyev deyir ki, istintaq tərəfindən portret ekspertizalar əsasən dələduzluq, bədənə xəsarət, sərhədpozma işləri üzrə təyin edilir. İstənilən kamera və fotoaparatla çəkilən video və ya bir foto kifayət edir ki, həmin şəxs eyniləşdirilmə ilə müəyyən edilsin.

Cinayət törətdikdən sonra məsuliyyətdən yayınmaq üçün estetik-plastik əməliyyat etdirənlərin də kimliyi ekspertiza zamanı müəyyən olunur.

İlin əvvəlindən noyabr ayına qədər Məhkəmə Ekspertizası Mərkəzinin Ballistik və trasaloji ekspertizası şöbəsində istintaq orqanından 70-ə qədər müraciət daxil olub.