İctimai nəqliyyat 17:00-dan sonra işləməyəcək? - BNA-dan VACİB AÇIQLAMA
Marşrut avtobus sürücülərinin bu gün 17:00-dan sonra ictimai nəqliyyatın işləməyəcəyi ilə bağlı xəbərdarlıq etdiyi barədə söz-söhbət dolaşmaqdadır.
Nexeber.az sfera.az-a isitnadən bildirir ki, qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev hələ ki heç bir məhdudiyyətin olmadığını deyib. M.Ağayev avtobus sayının artırlması ilə bağlı məsələyə də aydınlıq gətirdi:
"Bu gün və sabah nəqliyyatın hərəkəti ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulmayıb. Hazırda avtobus sayının artırılmasına ehtiyac yoxdur. Yolların buz hissəsi təmizlənərsə gecikmə halları müşahidə olunmayacaq".