"Ermənistanın mövqeyi onun özünə ziyan vuracaq" - Nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama



 18:31 27.12.2022     494

"Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi onun özünə ziyan vuracaq".

Demedia.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ermənistan nə qədər tez bunu anlayarsa, praqmatik addımlar ataraq öhdəliklərini yerinə yetirərsə özü üçün yaxşı nəticələr əldə edər.

"Azərbaycan istənilən halda öz milli maraqlarını həyata keçirəcək və Ermənistan tərəfinin öhdəliklərini yerinə yetirməsini tələb edəcək".