Belarus Ukrayna raketinin hissələrinin ölkə ərazisinə düşməsindən narahatdır - Peskov



 20:56 30.12.2022     333

“S-300 hava hücumundan müdafiə sisteminə aid raket hissələrinin Ukraynadan Belarus ərazisinə düşməsi narahatlıq doğurur”.

Demedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə deyib. O bildirib ki, Rusiya və Belarus hərbi rəsmiləri daim əlaqə saxlayır. Peskov Belarusun bu hadisəyə kəskin etiraz etdiyinə diqqət çəkib. “Hər halda bu, təkcə bizim deyil, belaruslu tərəfdaşlarımızın da həddindən artıq narahatlığına səbəb olan bir hadisədir” - Peskov deyib.

Qeyd edək ki, Ukraynanın S-300 müdafiə sisteminin Rusiya raketini zərərsizləşdirmək üçün havaya buraxdığı mərmi hədəfi vura bilməyib. Belarus ərazisinə istiqamət alan raket müdafiə sistemləri tərəfindən zərərsizləşdirib.

Bahadur Seyidov