Si Cinpin və Putindən bəyanat



 21:09 30.12.2022     333

Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin videoformatdakı görüş zamanı iki ölkə arasında əlaqələrin əhəmiyyətinə diqqət çəkiblər.

Demedia.az xəbər verir ki, Putin geosiyasi gərginliyin artdığı vaxtda Rusiya-Çin strateji tərəfdaşlığının sabitləşdirici amil kimi əhəmiyyətinin artdığını vurğulayıb. Putinin sözlərinə görə, Rusiya və Çin əlverişsiz xarici şəraitə və bəzi Qərb dövlətlərinin tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, rekord ticarət göstəricilərinə nail ola biliblər. Çin sədri Si Cinpin də ikitərəfli ticarət həcminin 170 milyard dolları keçdiyini və bu rəqəmin ötən illə müqayisədə daha yüksək olduğunu bildirib.

Onun sözlərinə görə, Çin çətin beynəlxalq vəziyyətə baxmayaraq Rusiya ilə strateji əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Bahadur Seyidov