Rusiya ordusu PUA-larla Kiyevə hücum etdi



 21:17 30.12.2022     328

Kiyevə hücum edən Rusiyanın 7 PUA-sı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Demedia.az xəbər verir ki, Kiyev şəhərinin meri Vitali Kliçko belə açıqlama verib. O bildirib ki, Rusiya ordusu Kiyevə yenidən PUA-larla hücum edib. Vitali Kliçkonun sözlərinə görə, PUA-nın parçaları yaşayış binalarının yaxınlığına düşüb. İnsanlar arasında itki yoxdur.

Qeyd edək ki, Rusiya ordusu son hücumlar zamanı Ukraynaya 120-yə qədər raket atıb. Hücumlar nəticəsində dinc insanlar arasında yaralıların olduğu deyilir.

Bahadur Seyidov