Baydendən 1,7 trilyon dollarlıq büdcə ilə bağlı açıqlama



 21:27 30.12.2022     326

ABŞ prezidenti Co Bayden 2023-cü maliyyə ili üçün 1,7 trilyon dollarlıq büdcə qanun layihəsini imzalayıb.

Demedia.az xəbər verir ki, qanun layihəsində Ukraynaya 45 milyard dollar yardım da nəzərdə tutulub. Məlumata görə, qanun layihəsi ABŞ Senatı və Nümayəndələr Palatasında təsdiqləndikdən sonra prezident Baydenin imzasına təqdim edilib. “Ağ Ev”dən verilən açıqlamaya görə, qanun layihəsi Bayden tərəfindən imzalanıb. Büdcədə tibbi tədqiqatlar, təhlükəsizlik, veteranların sağlamlıq xidmətləri, fəlakətlərin bərpası və qadınlara qarşı zorakılıq fondlarına investisiyaların nəzərdə tutulduğunu qeyd edən Bayden, büdcənin Ukraynaya da əhəmiyyətli dəstək verəcəyini bildirib.

Qeyd edək ki, büdcə paketinə 772,5 milyard dollarlıq qeyri-müdafiə xərcləri və 858 milyard dollarlıq müdafiə maliyyəsi daxildir.

Bahadur Seyidov