Rusiya Donetsk planından əl çəkməyib - Zelenski



 21:33 30.12.2022     326

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsində Rusiyaya qarşı davam edən müharibənin ən ağır cəbhəsinin Donetsk cəbhəsi olduğunu bildirib.

Demedia.az xəbər verir ki, Zelenski bildirib ki, Rusiya Donetsk bölgəsini ələ keçirmək üçün səylərini davam etdirir. Zelenski Rusiya qüvvələrinin pilotsuz uçuş aparatları ilə yenidən Ukraynaya hücum etdiyinə diqqət çəkib. Onun sözlərinə görə, Ukraynanın müxtəlif bölgələrinə atılan Rusiya raketlərinin və PUA-larının əksəriyyəti hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Zelenski qeyd edib ki, Ukrayna ordusu son hücumlar nəticəsində 54 raketi və 11 PUA-nı məhv edib.

Bahadur Seyidov