Ukrayna Somaliya qida dəstəyi verdi



 21:51 30.12.2022     346

Ukrayna Somaliya qida dəstəyi verib.

Demedia.az xəbər verir ki, bu barədə Ukraynanın Prezident Aparatının rəhbəri Andrey Yermak belə açıqlama verib. O bildirib ki, əkinçilik proqramı çərçivəsində Somaliyə 25 min ton buğda göndərilib. Onun sözlərinə görə, buğda yükü Somalinin Berbera limanına çatıb. Andrey Yermak bunun qida böhranı ilə üzləşən Afrika xalqına etdiyi yardım olduğunu ifadə edib.

Qeyd edək ki, bundan əvvəl Finlandiya, Yaponiya və Fransa Somali və Efiopiyaya 50 min ton buğda dəstəyi verib.

Bahadur Seyidov