Faktaraşdırıcı missiya Laçın yoluna dəvət edilə bilər - Siyasi şərhçi
Ermənistan Laçın yolunda keçirilən aksiyaya qarşı “humanitar fəlakət” iddiası ilə BMT-ni prosesə cəlb etmək cəhdinə davam edəcək, xüsusilə “faktaraşdırıcı missiya”nın cəlb edilməsi məsələsini aktual saxlamağa çalışa bilərlər.
Demedia.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.
O bildirib ki, çünki buna nail olmaq imkanı “beynəlxalq sülhməramlılar” istəyi ilə müqayisədə az da ola mümkün görünür:
"Bakı bu həmləyə qarşı BMT “faktaraşdırıcı missiyasını” Laçın yoluna özü dəvət edə bilər.
Birincisi: missiyanın göndərilməsi BMT TŞ-nin bütün üzvlərinin razılığı ilə mümkündür və Rusiyanın buna veto qoyacağı məlumdur, lakin bunu Bakının istəməsi Ermənistanın manevr imkanını azalda bilər.
İkincisi: Bakının bu təklifi yolun bağlanmadığı, humanitar keçid üçün bütün şəraitin yaradıldığı arqumentini gücləndirə, ermənilərin “humanitar fəlakət” iddialarının önünə keçə bilər".
Xəyalə Məmmədova / Demedia.az