İran Tehrandakı Fransa institutunu bağladı
İran Fransanın “Charlie Hebdo” jurnalında ölkə lideri Əli Xameneiyə qarşı “təhqir” məzmunlu karikaturaların dərcinə etiraz olaraq Tehrandakı Fransa institutunu bağlayıb.
Demedia.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyindən açıqlama verilib. Bildirilib ki, jurnalın İslamın siyasi və dini nüfuzunu və simvollarını təhqir edən təcavüzkar hərəkətinə görə birbaşa Fransa hökuməti məsuliyyət daşıyır.
Bu kontekstdə İranın Fransa ilə mədəni əlaqələrinin yenidən nəzərdən keçirdiyi və ilk addım olaraq Fransanın İrandakı tədqiqat institutunun fəaliyyətinə son qoyulduğu bildirilib.
Bahadur Seyidov