Fransada iqlim fəalları hökumət binasına hücum edib



 16:52 05.01.2023     351

Fransada iqlim fəalları hökumətin iqlim dəyişikliyi ilə mübarizədəki fəaliyyətsizliyinə etiraz olaraq hökumət binasını narıncı rəngə boyayıblar.

Demedia.az xəbər verir ki, “Derniere Renovation” iqlim dərnəyinin iki fəalı Baş nazirlik binasının qarşısındakı qapı və divarlara narıncı boya spreyi səpiblər. Hökumətin iqlim dəyişikliyi ilə mübarizə apara bilmədiyini tənqid edən fəallar "Kimdir günahkar?" şüarının yazıldığı köynəklər geyinərək aksiya keçiriblər. Polis etirazçılara müdaxilə edərək fəalları nəzarətə götürüb. Məlumata görə, fəallar etiraz keçirərkən Baş nazir Elizabet Born hökumət binasında olub.

Qeyd edək ki, Paris İqlim Sazişinin imzalanmasına baxmayaraq, Fransa hökuməti karbon emissiyası ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməməkdə ittiham olunur.

Bahadur Seyidov